Pənahəli xanın qalasından ermənilər Azərbaycan tarixini silir

09:08 | 09.09.2017
Pənahəli xanın qalasından ermənilər Azərbaycan tarixini silir

Pənahəli xanın qalasından ermənilər Azərbaycan tarixini silir

Erməni arxeoloqlar artıq 40 gündür ki, işğal altında olan Ağdamın Şahbulaq qalasında qanunsuz qazıntı işləri aparır.

"Qaynarinfo" Azvision.az-a istinadən xəbər verir ki, arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan qalada qazıntı işləri aparılan zamanı qızıl məmulatlarından ibarət zərgərlik qalıqlarının tapıldığını deyib.

Qanuzsuz qazıntı işləri iyulun 8-də başlayıb. Qazıntılar nəticəsində Azərbaycanmemarlığına aid qüllələr, bir sıra abidələr aşkar edilərək Ermənistana göndərilib. 
Xatırladaq ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb