Pensiya ilə bağlı açıqlama

13:10 | 12.03.2014
Pensiya ilə bağlı açıqlama

Pensiya ilə bağlı açıqlama

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Fondun mətbuat xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, görüş zamanı DSMF-nin sədri E.Mehdiyev Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatlarının müsbət nəticələri, 2013-cü ildə fondun büdcəsinin icrası, 2014-2015-ci illərdə perspektiv qiymətləndirmələr və s. barədə ətraflı məlumat verib.O, bildirib ki, 2013-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilə nisbətən 12,2 faiz artıb. Sosial sığorta haqlarının 62,5 faizi qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlkilə nisbətən 14,6 faiz çoxdu. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 28,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 21,8 faiz artıb.Fondun büdcəsinin gəlir və xərcləri 2014-cü ilə 2 mlrd 928 milyon 452 min manat səviyyəsində proqnozlaşdırılır. Bu da cari ilin büdcəsinə nisbətən 11,2 faiz, 2012-ci illə müqayisədə 19,1 faiz, 2011-ci illə müqayisədə isə 37,8 faiz çoxdu.Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin belə sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir. Bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir.DSMF-nin sədri E.Mehdiyev vurğulayıb ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi, əmək pensiyalarının könüllü yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması üzrə maliyyə dayanıqlığına nail olmaqdı.BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Qonaq təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.Görüşdə sığorta-pensiya islahatları üzrə strateji hədəflər və BVF ilə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM