Pensiyaçılara kredit verilməməsinə - NAZİRLİKDƏN AÇIQLAMA - VİDEO

18:08 | 28.04.2016
Pensiyaçılara kredit verilməməsinə - NAZİRLİKDƏN AÇIQLAMA - VİDEO

Pensiyaçılara kredit verilməməsinə - NAZİRLİKDƏN AÇIQLAMA - VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pensiyaçılara kreditlərin verilməsinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.

Fins.az-ın Ans TV-yə istinadən məlumatına görə, nazir bunun həm mənfi, həm də müsbət cəhətlərinin olduğunu bildirib.

Nazir təqaüdçülərin hüquqlarının pozulmaması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının ən ideal düstur üzərində işlədiyini, tezliklə məsələnin öz həllini tapacağını bildirdi.

"Qəbul olunan qərarın müsbət tərəfi, pensiyaçıların əldə etdikləri məbləğlərin tamamilə onların fərdi ehtiyaclarının ödənilməsinə imkanların yaradılmasıdır. Digər tərəfdən pensiyaçıların özlərinin də kreditə ehtiyacı ola bilər. Onların bir vətəndaş kimi hüquqları çatır ki, kreditdən istifadə etsinlər. Bu isə məsələnin mənfi tərəfidir. Palata bunun tam dəqiq düsturunu tapacaq ki, pensiyaçıların bu hüquqları pozulmasın”, - deyə nazir məsələnin həlli yollarından danışarkən bildirib.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb