Permyakov huşunu itirib

10:00 | 01.02.2015
Permyakov huşunu itirib

Permyakov huşunu itirib

Ermənistanın Gümri şəhərində 7 nəfərin ölümündə şübhəli bilinən rus əsgər Valeri Permyakov hadisə baş verən yerə gətirildikdə huşunu itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə istintaq əməkdaşı xəbər verib.

Bundan əlavə bildirilir ki, Permyakovdan bioloji materiallar götürülüb və istintaqa təhvil verilib.

"Qan və saç nümunələri eləcə də cinayət baş verən yerdən müəyyənləşdirilən izlər ekspertizaya təhvil verilib. Müqayisə üçün məhkəmə-bioloji, genetik və məhkəmə kriminalistik ekspertizalar təyin olunub”- deyə Ermənistanın İstintaq komitəsinin məsləhətçisi Sona Truzyan bildirib.

Bildirilir ki, Permyakovu bir neçə dəfə hadisə baş verən yerə aparıblar, bunlardan yalnız birində əsgər özünü pis hiss edərək huşunu itirib.

Qeyd edək ki, 12 yanvar tarixində Ermənistanda bir ailənin qətli baş verib. Gümridə olan evdə 6 ölü və 6-aylıq yaralı körpə aşkarlanıb. Daha sonra körpə də həyatını itirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM