Peskov Heydər Əliyevi qeyri-adi şəxsiyyət adlandırıb

15:14 | 10.05.2023
Peskov Heydər Əliyevi qeyri-adi şəxsiyyət adlandırıb

Peskov Heydər Əliyevi qeyri-adi şəxsiyyət adlandırıb

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın eks-prezidenti Heydər Əliyevin görkəmli şəxsiyyət olduğunu və Moskva ilə Bakı arasında əlaqələrin inkişafı üçün çox işlər gördüyünü qeyd edib.
 
Mayın 10-da Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 100 illiyi tamam olur.

"Heydər Əliyev qeyri-adi insandır. Rusiya Azərbaycan dostları ilə birlikdə bu tarixin sevincini bölüşür. Heydər Əliyevin tarixi rolunu hər zaman xatırlayırıq", - Peskov bildirib. 
 
Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olub. 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışıb. 1982-1987-ci illərdə - Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti oldu və 2003-cü ildə vəfatına qədər bu vəzifəni icra etdi.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb