Peskov Paşinyana sərt cavab verib

16:59 | 18.09.2024
Peskov Paşinyana sərt cavab verib

Peskov Paşinyana sərt cavab verib

KTMT Ermənistan üçün təhlükə yaratmır və Rusiya bu mövqeyi İrəvanın diqqətinə çatdırıb. Bu barədə  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz qəti şəkildə cənab Paşinyanla razılaşmırıq. Ermənistanın suverenliyinə  KTMT-dən heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıram ki,  bu təşkilat üzv dövlətlərin suverenliyini qoruyur”, - deyə Peskov çərşənbə günü jurnalistlərə bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin ölkəsinin təhlükəsizliyini, suverenliyini və dövlətçiliyini təhdid etməsi ilə bağlı sözlərinə belə münasibət bildirib.

Eyni zamanda, Peskov Ermənistanın Rusiyanın yaxın tərəfdaşı olduğunu və onunla təmasların davam etdiriləcəyini vurğulayıb.
 
O, həmçinin əlavə edib ki, Ermənistan özü strateji və taktiki inkişaf yollarını seçir.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür