• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Peskov -Yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər

Peskov -Yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər
26.05.2023 15:15
Yaxın gələcəkdəə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün ola bilər,lakin əsas məsələ zaman deyil, bütün məsələlərin yekun həllidir. Bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.


Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün "gələn həftənin sonunda Moskvada" toplaşacaqlar.
 
"Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas hələlik yekun nəticədir, burada heç kim vaxtın dalınca getmir", - Peskov bildirib.

Mayın 14-də Paşinyan və Əliyev Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə danışıqlar aparıb. Brüsseldəki görüşdən sonra Mişel bildirib ki, respublikaların rəhbərləri sərhədlərin delimitasiyası üzrə dialoqu bərpa etməyə razılaşıblar və iyulda Brüsseldə yeni danışıqlar aparmaq niyyətlərini bəyan ediblər. Ermənistan XİN-in məlumatına görə, Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşü iyunun 1-nə planlaşdırılıb: Kişinyovda, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyev, Paşinyan və Mişel Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
 
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 14-də Brüsseldə keçirilən danışıqları Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması baxımından faydalı adlandırıb. Diplomatik departament iclasda dövlətlərin ərazi bütövlüyünə hörmətlə bağlı təsdiqin "müstəsna əhəmiyyətini”, "Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bu kontekstdə qəbul edilməsini” vurğulayıb. Nazirlik həmçinin Bakının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə töhfə vermək məqsədilə beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu bəyan edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol