Hacıqabulda qatarın vurduğu qadın ölüb - Yenilənib

19:35 | 18.04.2024
Hacıqabulda qatarın vurduğu qadın ölüb - Yenilənib

Hacıqabulda qatarın vurduğu qadın ölüb - Yenilənib

Hacıqabulda qatarın vurduğu qadın ölüb.
 
1975-ci il təvəllüdlü İbrahimova Təhminə Əhəd qızı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlları tərəfindən araşdırma aparılır.
  
 18:16

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

"ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - məlumatda qeyd olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb