PKK-nın "alınmaz qalası" başına yıxıldı — VİDEO

16:40 | 10.09.2016
PKK-nın

PKK-nın "alınmaz qalası" başına yıxıldı — VİDEO

PKK terror təşkilatının Türkiyə ilə İran sərhədindəki ən böyük bazası darmadağın edilib.

ANN.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Türkiyənin Van və Ağrı vilayətlərində ordu və polisin birgə həyata keçirdiyi əməliyyatlarda onlarla PKK terrorçusu məhv edilib.

İran sərhədi yaxınlığındakı Tendürek dağında aparılan əməliyyat nəticəsində isə PKK-nın bölgədəki ən böyük bazası yerlə bir edilib.

PKK liderlərinin "dövlət buraya girə bilməz" dediyi Tendürek dağındakı terror yuvası xüsusi təyinatlılar tərəfindən dağıdılıb.

Məlumata görə, 10 gündür davam edən Tendürek əməliyyatı zamanı PKK-ya tarixinin ən ağır zərbələrindən biri vurulub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb