Polis bölməsinə hücum: Ölən və yaralananlar var

23:05 | 08.07.2016
Polis bölməsinə hücum: Ölən və yaralananlar var

Polis bölməsinə hücum: Ölən və yaralananlar var

Ştatın qubernatoru hadisəni terror aktı kimi qiymətləndirib.

Venesuelanın Portuqesa ştatında polis bölməsinə hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı ölüb, daha iyirmi beşi yaralanıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ştatının qubernatoru Reynaldo Kastanyeda məlumat verib.

Bildirilir ki, yaralanan şəxslərdən üçünün vəziyyəti ağırdır. 

Qubernatorun sözlərinə əsasən, Quanare şəhərində iki naməlum şəxs polis bölməsinə qumbaralar atıb. Onlardan biri atışma zamanı polis tərəfindən zərərsizləşdirilib. Kastanyeda hadisəni terror aktı kimi qiymətləndirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti