Polis "Quran"ın yandırılması ilə bağlı təxribatın təşkilatçılarını axtarır

13:55 | 09.01.2014
Polis "Quran"ın yandırılması ilə bağlı təxribatın təşkilatçılarını axtarır

Polis "Quran"ın yandırılması ilə bağlı təxribatın təşkilatçılarını axtarır

Moskva polisinin rəisi Anatoli Yakuninin əmri ilə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatın təşkilatçılarının tapılması üçün xüsusi əməliyyat qrupu yaradılıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qrupa paytaxt polisinin bəzi bölmələrinin əməliyyatçıları daxil olub. Onlara qısa müddət ərzində aksiya təşkilatçılarını müəyyən etmək və saxlamaq tapşırığı verilib. Qeyd edək ki, bir müddət əvvəl internetdə təxribat xarakterli video yerləşdirilib. Həmin videoda naməlum gənclər Quranı yandıraraq nalayiq ifadələr işlədir, sonra isə metroda qeyri-slavyan görünüşlü sərnişindən Allahdan imtina etməyi tələb edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM