Polis rəisinin oğlu adam öldürdü - Azərbaycanda+YENİLƏNİB

15:46 | 18.08.2014
Polis rəisinin oğlu adam öldürdü - Azərbaycanda+YENİLƏNİB

Polis rəisinin oğlu adam öldürdü - Azərbaycanda+YENİLƏNİB

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təqdiqləyərək bildirdilər ki, hazırda araşdırma aparılır.

***

12:30

Avqustun 16-sı gecə radələrində DİN Mühafizə Baş İdarəsinin Şabran bölməsinin əməkdaşı Vahab Əlibəy oğlu polis serjantı içkili vəziyyətdə yol qəzası törədib.

Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun Sincanboyad kənd sakinidir.Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi işlədiyi qeyd edilir.Onun artıq işindən azad edildiyi qeyd olunur…Polis serjantının atası uzun müddət polis rəisi vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat dəmiryol stansiyasının polis rəisidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür