Polis restoran və kafelərdə qadınlara qarşı reyd apardı

15:43 | 28.11.2013
Polis restoran və kafelərdə qadınlara qarşı reyd apardı

Polis restoran və kafelərdə qadınlara qarşı reyd apardı

Türkmənistan polisi paytaxt Aşqabadın restoran və kafelərdə qadınlara qarşı reyd aparıb. ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu tip müəssisələr bağlandıqdan sonra, reydlər küçələrdə də davam etdirilib. 

Verilən məlumata görə, polis restoran və kafelərdəki bütün qadınları, hətta onlar ailələri ilə birgə gəlsələr belə saxlayıb. Saxlanılanlar zörəvi xəstəliklərin analizi və narkotiklərdən istifadəni yoxlamaq üçün bölmələrə aparılıb. Qadınlar yalnız onların ərləri nigah haqqında şəhadətnaməni polisə təqdim etdikdən sonra sərbəst buraxılacaqlar.

Hüquq mühafizə orqanları bu reydləri "Xoşbəxtlik və səadət epoxasında əxlaqsızlığa qarşı mübarizə" adlandırıb. Polisin sözlərinə görə, reydlər fahişəliyə qarşı, analizlərin götürülməsi isə, bu peşənin yiyələrində zöhrəvi xəstəliklərin olub olmadığını yoxlamaq üçündür. 

"Türkmənitan xronikası"nın verdiyi məlumata görə, polisin sərt qadağaları fonunda artıq qadınlara sürücülük vəsiqəsinin verilməsinin qadağan ediləcəyi barədə şayiələr dolaşır. Hüquq müdafiəçilərinin sözlərinə görə, artıq ölkə sakinləri sürücülük vəsiqəsi almaq üçün çoxsaylı problemlərlə üzləşirlər. Əgər kişilər sürücülük vəsiqəsi almaq üçün polisə 2 min dollar rüşvət ödəmək məcburiyyətində qalırdısa, qadınlara gəlib çatanda bu məbləğ dəfələrlə artır. 

Qeyd edək ki, 2012-ci ildə ikinci dəfə ölkə prezidenti seçilən Qurbanqulu Berdımuhəmadov ölkədə "Səadət və Xoşbəxtlik epoxası"nın başladığını elan etmişdi. Türkmənistanda bundan əvvəlki dövr isə "Çiçəklənmə epoxası" adlanırdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti