Polis zabiti yol qəzasında həlak olub

09:44 | 16.09.2024
Polis zabiti yol qəzasında həlak olub

Polis zabiti yol qəzasında həlak olub

Şəmkirdə  yol qəzası nəticəsində polis baş leytenantı ölüb. Bu barədə Qafqazinfo məlumat yayıb. 
 
Belə ki,  Şiştəpə kəndi ərazisində "Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM