Polisin iştirakı ilə baş verən qəza ciddi araşdırılacaq – RƏSMİ

11:45 | 11.03.2014
Polisin iştirakı ilə baş verən qəza ciddi araşdırılacaq – RƏSMİ

Polisin iştirakı ilə baş verən qəza ciddi araşdırılacaq – RƏSMİ

Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Səbail rayonu ərazisində, Azadlıq prospektinin Xəqani küçəsi ilə kəsişməsində Yol Patrul Xidməti avtomobili və “VAZ 2107” markalı maşın toqquşub. Hadisə nəticəsində “VAZ 2107”-nin sürücüsü, 25 yaşlı Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin Nəbi Şakir oğlu Əzizov isə hadisə yerində ölüb.Musavat.com xəbər verir ki, baş verən bu hadisə ilə bağlı, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev baş verən hadisənin ciddi araşdırıldığını bildirib:“Sözsüz ki, bu hadisə iki sürücüdən birinin təqsiri ucbatından baş verib. Hər kəsi əmin edirəm ki, araşdırma obyektiv aparılacaq. Yol Patrulun əməkdaşı günahkardırsa, ilk növbədə, vəzifəsindən azad olunacaq. Sonra isə haqqında Qanun çərçivəsində qərar veriləcək. Bununla bağlı, artıq araşdırma başlanılıb. Hansı tərəfdə günah olduğunu indidən söyləmək tezdir. Bunun üçün hadisə baş verən ərazinin işıq sistemi, yol hərəkəti dərindən araşdırılmalıdır. Araşdırma bitəndən sonra, müvafiq qərar veriləcək. Cəzalanmalı olan şəxs cəzalandırılacaq. İndiyə qədər sərnişin ölən maşının sürücüsünün sərxoş olması barədə xəbərlər yayılıb. Biz bunun doğru olduğunu deyə bilmərik. Çünki ekspertizanın rəyi yoxdur. İndi onun qan analizləri alınıb. Ekspertin rəyindən sonra, sürücünün sərxoş vəziyyətdə olub-olmaması dəqiqləşəcək”.Kamran Əliyev hadisə baş verən ərazinin Yol Patrul Xidməti əməkdaşının nəzarət etdiyi ərazi olub-olmaması ilə bağlı da fikirlərini dedi:“Təbii ki, hadisə baş verən əraziyə həmin əməkdaşımız nəzarət edib. Bunun haqqında bəzi şübhələr yaranıb. Biz bu araşdırmanı da aparırıq. Yaxın zamanlarda hər kəs bu hadisənin başvermə səbəbi və apardığımız araşdırmanın nəticələrindən xəbər tutacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM