• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarovun Nyu-Yorkdakı çıxışı

Məmmədyarovun Nyu-Yorkdakı çıxışı
27.09.2015 12:30
BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə zirvə toplantısı keçirilib.


XİN-dən daxil olan məlumata görə, həmin toplantıda Azərbaycanı təmsil edən xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.


Həmin çıxışı təqdim edirik:

"Bu tarixi məqamlardan biridir. Biz müfəssəl, uzunmüddətli və insanlara köklənmiş universal və yeniləşdirilmiş məqsədlər külliyyatının qəbulu üzrə qərar qəbul etmək üçün toplaşmışıq. 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi üzrə danışıqların uğurlu nəticəsini yüksək qiymətləndirirəm.


Sürətli inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi, Azərbaycan inkişaf sahəsində təsirli nəticələrə nail olub. Qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5.7 faizlik iqtisadi artım qeydə alınmış, qeyri-neft sektorunda artım 9.2 faiz olmuşdur. Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın enerji kəmərləri şəbəkəsini birləşdirəcək Trans-Anadolu və Trans-Adriatik təbii qaz kəmərləri və Cənub Qaz Dəhlizinin tikintisi yolu ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi enerji infrastrukturu layihələri ilə Azərbaycan qlobal bazarın ən mühüm oyunçularından biri olmağı bacarmışdır. Həmçinin, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryolları sistemlərini əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi və qədim İpək Yolunu diriltməklə Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji infrastruktur layihələrinin təşəbbüskarı olmuşdur.


Vətəndaşlara ədalətli və səmərəli xidmətlər göstərilməsi məqsədilə Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis olunmuşdur. Bu agentlik dünən sammit tərəfindən qəbul edilmiş yeni davamlı inkişaf gündəliyinin məqsədlərinin əksəriyyətini artıq əhatə edir. Bu mütərəqqi modelin uğuru geniş tanınır və BMT-nin 2015 İctimai Xidmətlər Mükafatı ilə təltif olunmuşdur.


Beynəlxalq inkişafa töhfə vermək niyyətinə sadiqliyimizə cəmiyyətimiz geniş şəkildə şərik çıxır. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxlu sayda sosial, humanitar və inkişaf layihələri həyata keçirmişdir.


Biz mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında anlaşmanın təşviqinə böyük əhəmiyyət veririk. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etməyi planlaşdırır. Biz fəxr edirik ki, Birinci Avropa Oyunları bu il Azərbaycanda keçirilib və 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəkdir.


Təəssüflər olsun ki, sülhə və təhlükəsizliyə qarşı çağırışlar inkişafa və əməkdaşlığa maneələrdən biri olub və olmaqda davam edir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir. Fundamental insan hüquqlarının kobudcasına pozulması yolu ilə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Nəticədə onlar qaçqın və məcburi köçkün olmuşlar. Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi regionumuzda davamlı inkişaf gündəliyinin icrası üçün başlıca ilkin şərtdir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol