• $
  • €
  • ₽
  • ₺
  • £

BOK Azərbaycan prezidentini medalla təltif etdi

BOK Azərbaycan prezidentini medalla təltif etdi
08.10.2015 15:07
Azərbaycan idman yarışlarında ədalət prinsipinin təmin edilməsinə böyük önəm verir.

Oxu.Az-ın İnterfaksa istinadən verdiyi xəbərə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.

"Azərbaycan idmanda ədalət dəyərlərinin təmin edilməsində Olimpiya hərəkatının beynəlxalq prinsiplərini rəhbər tutur”, - deyə A.Rəhimov Avropa Ədalətli Oyunlar Hərəkatının və Beynəlxalq Ədalətli Oyunlar (Fair Play) Komitəsinin birgə konqresində, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyasında və ədalətli oyunlar üzrə mükafatlandırma mərasimində bildirib.

Onun sözlərinə görə, cari ilin iyun ayında Bakıda keçirilmiş tarixdə ilk Avropa Oyunları zamanı "Fair Play” prinsipinin təmin edilməsinə böyük diqqət ayrılıb.

"Azərbaycan prezidenti və eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev olimpiya dəyərlərinin qorunub saxlanılması və ədalət, onlara riayət olunma prinsiplərinə xüsusi diqqət ayırır. Ədalətli oyun prinsipi Olimpiya hərəkatının ayrılmaz hissəsidir və Azərbaycanda bu prinsipə riayət etməyə çalışırlar”, - deyə A.Rəhimov qeyd edib.  

Konqresdə prezident İ.Əliyev Beynəlxalq Olimpiya Komitəsi tərəfindən idmanın inkişafı və "Fair Play” prinsipinin dəstəklənməsinə görə "Ədalətli oyun” medalı ilə təltif olunub. Mükafatı gənclər və idman naziri qəbul edib.

AƏOH-nın prezidenti Kristian Hinterberqer Azərbaycan tərəfinə konqresin Bakıda keçirilməsi təşəbbüsünə görə minnətdarlığını bildirib.

"İdman sosial dialoqun inkişafına yardım edir və sülhün dərinləşməsinə töhfə verir”, - deyə K.Hinterberqer qeyd edib.

O vurğulayıb ki, tədbirdə maraqlı mövzular müzakirə olunacaq.

Cari ilin iyun ayında Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd edən AƏOH prezidenti bildirib ki, "Bakı-2015” zamanı ədalətli oyunlar prinsipinə əsaslanan kifayət qədər çox məqamlar olub.

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin rəhbəri Yeno Kamuti azərbaycanlı idmançıların ədalətli oyunlar prinsipinə tərəfdar olduqlarını qeyd edib.

"Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirib. Oyunlar zamanı bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bugünkü konqress demək olar ki, Avropa Oyunlarının davamıdır”, - deyə o söyləyib.

Y.Kamutinin sözlərinə görə, bir çox cəmiyyətdə təhlükəsizliyin təminatı ilə əlaqədar böhranın müşahidə olunduğu bir vaxtda idman sülhün təminatına imkan yaradan amildir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol