• $
  • €
  • ₽
  • ₺
  • £

Nalbandyana RƏSMİ CAVAB

Nalbandyana RƏSMİ CAVAB
20.11.2015 22:43
Bu ifadələr Ermənistan XİN-nin beynəlxalq sənədləri dərk etmə səviyyəsinin dayazlığını göstərən növbəti faktdır

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN başçısı Edvard Nalbəndyanın müsahibəsində səsləndirdiyi münasibət bildirib.

XİN-dən "Report"a verilən məlumata görə, H.Hacıyev deyib ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen də verdikləri bəyanatlarını və ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinin mahiyyətini təhrif edir, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir:
"Bu, həmçinin Ermənistan XİN-nin beynəlxalq sənədləri dərk etmə səviyyəsinin dayazlığını göstərən növbəti faktdır. 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu vurğulanır. Eləcə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Bundan başqa, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: "İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddaratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”. 

Həmsədr ölkələrin prezidentlərinin qeyd olunan bəyanatında Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllinə dair prinsiplər bu ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır".

H.Hacıyev vurğulayıb ki, indi Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edərək ərazilərin işğalı və törədilmiş etnik təmizləmənin nəticələrini "öz müqəddəratını təyin etmə” kimi təqdim etməyə cəhd göstərir:

"Bu sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı işğalını uğursuz formada pərdələmək cəhdindən başqa bir şey deyildir. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirmədən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmalarının müvafiq muxtariyyət statusu əsasında bu hüquqdan istifadə edə bilərlər. Qeyd olunanlarla bərabər, münaqişənin həllinin hüquqi-siyasi əsasları xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində müəyyən olunub. Qətnamələr Azərbaycanın ərazilərinin işğal edilməsini qınayıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Eləcə də Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər. 
Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol