• $
  • €
  • ₽
  • ₺
  • £

Görkəmli azərbaycanlı alim vəfat etdi

Görkəmli azərbaycanlı alim vəfat etdi
21.11.2015 11:39
Rusiyanın QİÇS/HİV üzrə aparıcı mütəxəssisi, Peterburqun 29 il ərzində əsas infeksionist-həkimi Aza Rəhmanova həyatının 84-cü ilində vəfat edib.  Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Aza Rəhmanova tibb elmləri doktoru, professor, Rusiyada QİÇS/HİV üzrə nüfuzlu mütəxəssislərdən biri idi. Onun tərcümeyi-halı, həkimin məşğul olduğu fəaliyyət qədər unikaldır. 

Aza Rəhmanova Bakıda anadan olub, atası Azərbaycan atıcı diviziyasının komissarı, daha sonra isə Azərbaycanın mədəniyyət üzrə xalq komissarı olub. 1937-ci ildə repressiya qurbanı olub və bir il sonra həbsxanada vəfat edib. Rəhmanovlar ailəsini praktiki olaraq tamamən repressiya qurbanına çeviriblər, onları Altay vilayətində Sintaş mədəninə, ordan Qazaxıstana, Semipalatinskə sürgün ediblər.

Aza Rəhmanova anasının sənətini davam etdirib, o da həkim idi, 1950-ci ildə Semipalatinsk vilayətinin baş terapevti olub, daha sonra Azərbaycan Dövlət Həkimlərin İxtisasartırma İnstitutunun dosenti olub. Aza Rəhmanova 1949-cu ildə daxil olduğu İ.P.Pavlov adına 1 saylı Leninqrad Tibb İnstitutunu 1955-ci ildə fərqlənmə ilə bitirib. 1965-ci ildə o, Leninqradın aparıcı institut və klinikalarında çalışıb, tibb elmləri doktoru, professor olub. 

1986-cı ildə Leninqradın İnfeksion Xəstəliklər üzrə Səhiyyə Komitəsinin baş mütəxəssisi olub. Onun təşəbbüsü ilə S.P.Botkina adına xəstəxanada ölkədə ilk intensiv müalicə palataları yaradılıb. Rəhmanova SSRİ-də QİÇS ilə birinci məşğul olanlardandır, o, Leninqradda HİV-infeksiya xidmətini və həkimlərin hazırlığını şimali paytaxtda xəstəliyin rəsmi qeydə alınmasına qədər təşkil etmişdi.  

2000-ci ilin oktyabr ayından Rəhmanova Sankt-Peterburq Tibb Akademiyasının QİÇS diaqnozlu laborator yönümlü İnfeksiya xəstəlikləri kafedrasının professoru, 2007-ci ildən Sankt-Peterburq Dövlət Tibb Universitetinin İnfeksion xəstəliklər və epidemiologiya kafedrasının "HİV-təbabət" kursunun müdiri, 2013-cü ildən isə sosial mahiyyətli infeksiyalar kafedrasının professoru olub.  

Aza Rəhmanova 2008-ci ildən QİÇS və İnfeksion xəstəliklərlə mübarizə və profilaktika Mərkəzinin baş həkiminin müalicə-diaqnostika və elmi işlər üzrə müavini vəzifəsində çalışıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol