• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə İsrailin nümayəndə heyətilə görüşüb

Asim Mollazadə İsrailin nümayəndə heyətilə görüşüb
15.12.2015 12:01
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib. 

Partiyanın qərargahında keçirilən görüşdə Azərbaycan-İsrail əlaqələri, post-sovet məkanı ölkələrinin, o cümlədən, Cənubi Qafqaz, Orta Asiya və Rusiyanın regional strateji maraqlarının siyasi-iqtisadi aspektləri, Qarabağ münaqişəsinin həlli, qlobal və regional enerji təhlükəsizliyi müzakirə edilib.

Asim Mollazadə qonaqlara Azərbaycan, regional münaqişələr, ölkəmizin Avropanın və regionun enerji təhlükəsizliyindəki rolu, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə  İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Asiya və İqtisadi məsələlər bürosunun rəhbəri Benjamin Krasna,  İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Avrasiya və Enerji məsələləri üzrə analitiki Vita Avrahamov, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom iştirak ediblər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol