• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da Azərbaycana qarşı layihə

ABŞ-da Azərbaycana qarşı layihə
17.12.2015 09:23
ABŞ-ın Helsinki Komissiyasının (Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyası-The Commission on Security and Cooperation in Europe (CSCE)) rәhbәri, konqresmen Kristofer Smit "Azәrbaycan Demokratiya Aktı 2015" adlı layihә hazırlayıb.

APA-nın qurumun saytına istinadәn verdiyi mәlumata görә, layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.

"Biz bunu qәbul edirik ki, ölkәlәrimiz arasında vacib milli tәhlükәsizlik vә iqtisadi әlaqәlәri mövcuddur. Lakin ABŞ daha çox Azәrbaycanda insan haqlarının pozulmasına göz yuma bilmәz. ABŞ insan haqlarını vә fundamental azadlıqları ciddiyə alır vә siyasi müxalifәtin, medianın, dini azlıqların təzyiq olunduğu ölkә ilә rastlaşdıqda kompromisә getmir"-deyә, konqresmen K. Smit bildirib.

Konqresmen layihədə qeyd edib ki, Azәrbaycanda bəzi tanınmış şəxslər, o cümlədən "jurnalist, müxalifət funksionerləri və hüquq müdafiəçiləri həbsdə olduğu üçün ölkənin rəsmi şəxslərinin ABŞ-a rahat sәfәr etmәsi qәbuledilmәzdi".

K. Smit bu layihəsini Helsinki Komissiyasına təqdim edib.

Qeyd edək ki, The Commission on Security and Cooperation in Europe (CSCE)- Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyası ABŞ Helsinki Komissiyası kimi tanınır. Bu qurum Konqres tәrәfindәn Helsinki Final Aktının vә ATӘT-in digәr öhdәliklәrinin yerinә yetirilmәsini yoxlamaq vә tәşviq etmәk mәqsәdilә yaradılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol