• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın nüfuzlu Koreya icması ilə Los Ancelesdə tarixi görüş

ABŞ-ın nüfuzlu Koreya icması ilə Los Ancelesdə tarixi görüş
14.01.2016 10:22
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda 2016-cı ilin 11 yanvar tarixində ABŞ-da yaşayan Koreya icmasının aparıcı nümayəndələri ilə geniş görüş keçirilib. 

"Dinlərarası Harmoniyanın Təşviqi" devizi altında təşkil olunan görüş Koreya icması ilə bu səpkidə indiyədək keçirilən ilk tədbir kimi yadda qalıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANN.Az-a verilən məlumata görə, tədbirin başlıca məqsədi ABŞ-ın ən nufuzlu icmalarından olan, təqribən 2 milyondan çox Koreya mənşəli amerikalını özündə birləşdirən Koreya icması ilə qarşılıqlı faydalı münasibətlərin qurulması olub.

Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu KCCD təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreya icmasının aparıcı nümayəndələri və Koreya media qurumlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsul Nəsimi Ağayev tədbiri açaraq, Azərbaycanın tarixi, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri mövzusunda çıxış edib. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi inkişaf yolundan danışan diplomat, bu səpkidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrilməsindən bəhs edib.

Azərbaycan ilə Koreya respublikaları arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu yaxın münasibətlərin ABŞ-da da davam etdirilməsinin vacibliyini qeyd edən baş konsul, ABŞ-ın Koreya icması ilə birgə uğurlu əməkdaşlıq üçün kifayət qədər potensialın olduğunu söyləyib. Diplomat vurğulayıb ki, Azərbaycan və Korea dillərinin eyni dil ailəsinə – Altay dil ailəsinə mənsub olması hər iki xalq arasında qardaşlıq bağlarının yaranmasına gözəl zəmin yaradır.

Tədbirdə çıxış edən KCCD təşkilatının rəhbəri Heypin İm (Hyepin Im) və təşkilatın idarə heyətinin həmsədrləri Con Park (John Park) və Uqi Kim (Woogie Kim) belə bir tədbirin keçirilməsindən məmnun qaldıqlarını ifadə edərək, səmərəli əməkdaşlıq üçün belə görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.

Natiqlər, Azərbaycanın tolerantlıq və multukulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayaraq, hazırda beynəlxalq aləmdə dini və mədəni zəminlərdə cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanın tolerantlıq modelinin daha geniş şəkildə təbliğ edilməsinin zəruriliyini bildiriblər.

Tanınmış Koreya televiziya kanalı, 26 milyon izləyicisi olan TVK kanalı tədbir barədə reportaj yayımlayıb. Reportaj ilə bu link vasitəsilə tanış olmaq olar: https://youtu.be/qqul8er0cDY

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol