• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Məscidində ilk dəfə cümə namazı qılındı

Heydər Məscidində ilk dəfə cümə namazı qılındı
15.01.2016 19:20
Prezident İlham Əliyev tərəfindən elan olunan "Multikulturalizm ili” çərçivəsində bu gün Bakıda Heydər Məscidində cümə namazı qılınıb.

AzNews.az xəbər verir ki, dünyada ilk dəfə olaraq vəhdət namazı adlandırılan bu namazda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar ediblər. Dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Heydər Məscidində şiələrlə sünilər vəhdət namazı qılmaq üçün bir araya gəliblər. Heydər Məscidinin rəhbəri Hacı Sabir bildirib ki, bu namaz Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunu daha da artıracaq: "Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli, Allah qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah Tala "Qurani-Kərim”də bizi bir olmağa, Allahın qüdrət ipindən yapışmağa və təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən, İslamın içərisində müxtəlif məzhəblərdə olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə, çox fərəhli bir haldır və çox böyük göstəricidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi haqda tapşırıq verib. İlham Əliyev 2016-c ilin Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirən prezident İlham Əliyev, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq belə bir qərar verib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol