• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm və Şahbaz ailələri ilə “Skype”la canlı danışacaqlar

Dilqəm və Şahbaz ailələri ilə “Skype”la canlı danışacaqlar
08.02.2016 17:50
Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə "Skype” vasitəsilə danışa biləcək.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfəri zamanı bildirib.

Ə.Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan qaytarılması məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etdiyini də bildirib.

"Mən bu yaxınlarda Cenevrədə beynəlxalq tədbirdə idim. Orada məhz girovlarımızın məsələsinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə görüşdüm. Məsələni onunla müzakirə etdim.

O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz, həmçinin rəhmətlik Həsən ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər. 

Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Bütün beynəlxalq təşkilatlar hamısı qalxdı ayağa ki, bu, qanunsuz hərəkətdir, yenə də qaytarmırlar.

Yəni, bu çətinliklər var. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə "Skype” vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik”, - deyə Ə.Həsənov bildirib.

Ə.Həsənov, Azərbaycan prezidenti İlham Əliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələrini evlə təmin etdiyini bildirib.

"Ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun ailəsinin isə onlara münasib ərazidə evlə təmin olunması üçün iş aparılır”, - deyə Ə.Həsənov bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol