• $
  • €
  • ₽
  • ₺
  • £

İran-Azərbaycan sərhəddində atışma olub, 5 nəfər ölüb

13.03.2016 16:23
Mart ayının 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.  

Dövlət Sərhəd Xidmətinindən Trend-ə verilən məlumata görə, saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilmiş və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilmişdir. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının "dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstərmişlər.

"Dövlət sərhədi haqqında” Azərbaycan Raespublikası Qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunmuş, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanmış, 2 nəfər isə saxlanılmışdır. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmamışdır.

Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd "Browning” markalı tapança aşkar olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Koman­danı general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup hadisə yerindədir.
Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol