• $
  • €
  • ₽
  • ₺
  • £

Robert Sekuta Gəncəyə gedib

Robert Sekuta Gəncəyə gedib
19.06.2017 16:40
R.Sekuta Gəncə şəhərində məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncə şəhərinə səfər edib.

"Report"un Qərb bürosunun məlumatına görə, səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev səfiri salamlayaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib.

Gəncədə Amerika hökumətinin dəstəyi ilə inşa edilən meydançalara və gələcək əməkdaşlığa görə təşəkkür edib.

ABŞ səfiri səmimi qarşılanmaya görə təşəkkür edib. 

O, bildirib ki, Gəncəyə səfərinin məqsədi şəhərin mərkəzi kitabxanasınada "Amerika güşəsi”nin yenidən açılış tədbirində iştirak etmək, Birləşmiş Ştatların beynəlxalq inkişaf agentliyi tərəfindən Gəncədə həyata keçirilən yardım proqramları ilə bağlı ətraflı fikir mübadiləsinin aparılmasıdır. Səfir vurğulayıb ki, bu güşə azərbaycanlılara Amerika ilə təmas qurmaq, vacib bacarıqlar əldə etmək və dil öyrənmək baxımından əhəmiyyətli bir məkandır.

R.Sekuta Gəncə şəhərində məcburi köçkünlərin həyat şəraiti ilə də maraqlanıb. Gəncə şəhərinə səfərlərində onlarla bir neçə dəfə görüşdüyünü deyib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə məcburi köçkünlər üçün iki qəsəbə salınıb. Birinci qəsəbəyə 1600-ə yaxın ailə , ikinci qəsəbəyə isə 700 ailə köçürülüb. Dövlət tərəfindən onlar üçün bütün lazımi şərait yaradılıb. Onlar daima dövlətin dəstək və qayğısı ilə əhatə olunurlar.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol