• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Qarabağda yeni strategiyası

Azərbaycanın Qarabağda yeni strategiyası
20.06.2017 14:39
"ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun 19-da Bakıda olaraq Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi ilə görüşdülər. Həmsədrlər bir müddət əvvəl də Ermənistanda və Dağlıq Qarabağda olmuşdular. Minsk Qrupu həmsədrləri bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı ortaq bəyanat yaydılar. Bəyanatda həmişəki kimi ümumi cümlələr yer aldı".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Buna baxmayaraq, politoloqun fikrincə, bəyanatdakı iki fikir diqqəti cəlb edir:

"Birincisi, həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Bundan belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətili olmağa çağırırlar. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu isə o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə, ilk növbədə, Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər.

İkincisi, həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar. Bu isə o deməkdir ki, onlar tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar".

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: "Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı "mərhələli həll" planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə, masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən, genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: işğalçıya qarşı yorucu müharibəni genişləndirmək".

Ekspert "yorucu müharibə" anlayışına da aydınlıq gətirib: "Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin, istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifadə etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı sılahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Azərbaycanın əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Rusiyadan daha çox əsası var. Çünki torpaqları işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Füzulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz. Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aidiyyəti olduğunu qəbul edir".

Mərkəzin rəhbəri hesab edir ki, hazırda Ermənistan mürəkkəb vəziyyətdədir: "Rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəliləyə biməsin, digər tərəfdən həmin ərazilərdəki itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir. Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükələri bölgələrdə yerləşdirilir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq hüququndan istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın işğalçıya yorucu müharibəni diqtə etməkdə əsas məqsədi də elə budur".




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol