• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandan növbəti təxribat

Ermənistandan növbəti təxribat
20.06.2017 16:28
İrəvan Azərbaycanın işğal olunmuş ərazilərində daha bir "beynəlxalq tədbir” keçiriləcəyini anons edib.

Yenicag.Az xəbər verir ki, Ermənistan mediasında yayılan məlumata görə, İrəvan bu il sentyabrın 14-17-də Xankəndində Beynəlxalq Gənclər Konfransının keçirilməsi üzrə hazırlıqlara başlayıb.

Qeyd olunur ki, Ermənistan İdman və Gənclər Nazirliyinin təşkil edəcəyi tədbirin əsas məqsədi gənc mütəxəssislərin separatçı rejimin beynəlxalq arenada tanıdılması məsələsinə dair mövqelərini öyrənməkdir.

Göründüyü kimi, Azərbaycan ərazilərini uzun müddətdir, işğal altında saxlayan Ermənistan bu tip addımlarla vəziyyəti gərginləşdirmək cəhdlərinə ara vermir. Haqqında danışılan tədbir də Sərkisyan rejiminin məqsədli təxribatı hesab oluna bilər.

Bu barədə Yenicag.Az-a danışan Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı bildirib ki, Azərbaycan bu təxribatın qarşısını almaq üçün hərəkətə keçməli və İrəvanın bu addımını düşmən ölkənin əleyhinə çevirməlidir:

"Ermənilər zaman-zaman belə təxribat xarakterli "tədbirlər” keçiriblər və bundan sonra da keçirəcəklər. Əsas məqsəd separatçı rejimin legitimləşdirilməsi üçün addımlar atmaq, dünyanı burada nəyinsə varlığına inandırmaqdır.

Bu, Ermənistanın da, oradakı separatçıların da, erməni diasporasının da "DQR” adlandırdıqları qurumu tanıtmaq ideyası istiqamətində addımlarıdır. Bir neçə ölkədən buraya gənc alimləri toplamaq onlar üçün çətin deyil, amma bunun nə dərəcədə effektiv olacağı indinin özündə ermənilər tərəfindən də mübahisə mövzusudur.

Hətta onların bəziləri bunun "ümumi iş”ə zərər verəcəyini düşünürlər. Azərbaycan nə etməlidir? Azərbaycan mümkün qədər bu tədbirin qeyri-qanuniliyini isbatlayan arqumentlərlə beynəlxalq qurumları və burada iştirak edəcək ölkələri xəbərdar etməlidir.

Konfransa dəvət alan adamlara Lapşin təcrübəsində istifadə olunan prosedurları tətbiq edəcəyi və bu tədbirdən sonra mümkün iştirakçıların Azərbaycan sərhədlərini pozduqlarına görə həbs olunmalarını istəməlidir. O tədbir Ermənistanın rəsmi dövlət qurumu tərəfindən elan edildiyi üçün Azərbaycan bu məsələnin üstünə qərarlı şəkildə gedə bilər.

ATƏT-in həmsədrlərini divara sıxışdırmaq lazımdır və onlardan erməni tərəfdarı olmadıqlarını əyani surətdə göstərmələri tələb olunmalıdır. Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisidir və orada hər hansı tədbirin təşkilinə mane olmaq birbaşa bu məsələnin çözümünü öz üzərinə götürmüş dövlətlərin işidir”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol