• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin adamı Qarabağ danışıqlarının hizli tərəfini açdı

Putinin adamı Qarabağ danışıqlarının hizli tərəfini açdı
22.06.2017 16:49
"Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, ötən il "Kazan düsturu” üzrə əldə olunan razılaşmalar pozulub: "Xatırladım ki, "Kazan düsturu” Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, əvəzində Ermənistanın blokadadan çıxarılmasını, regionda ATƏT-in nəzarəti ilə silahsızlaşdırma prosesinin başlanmasını nəzərdə tuturdu. Bir il öncə tərəflər bütün bunlar haqqında demək olar ki, razılaşdılar, lakin sonradan danışıqlar təxirə salındı”.

S.Markov qeyd edib ki, danışıqların ləğv olunması yeni müharibənin real təhlükəsini yaradır: "Hər iki tərəf buna hazırlaşır. Azərbaycan göstərmək istəyir ki, ordusu kifayət qədər güclüdür və sülh danışıqlarında irəliləyiş olmasa, problemi hərbi yolla həll edəcək. Ermənistan da status-kvonu saxlamaq üçün müharibəyə hazır olduğunu göstərmək istəyir”.

Lakin rusiyalı politoloq müharibənin yayda başlanması ehtimalının az olduğunu deyib.

"Turizm mövsümü başlayır, bu baxımdan, toqquşmaların yayda başlayacağı ağlasığmaz görünür. Lakin payızda aktiv toqquşmaların olması ehtimalı yüksəkdir”, - deyə o bildirib.

S.Markov beynəlxalq vasitəçilərin münaqişənin həlli istiqamətində fəal işləməyi dayandırdığına diqqət çəkib. Qeyd edib ki, danışıqlar prosesindən heç bir xəbər yoxdur: "Bu baxımdan düşünürəm ki, yeni müharibə başlayarsa, ATƏT-in Minsk qrupu bunu dayandıra bilməyəcək”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol