• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq

Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq
23.06.2017 11:56
Aprel döyüşlərində yaralanan şəxsin müalicə olunmaması ilə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.
 
Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının tibb hissə rəisi, polkovnik Vüqar Mürsəlov APA-nın sorğusuna cavabında bildirib ki, ötən ilin aprelində döyüşlər zamanı başından ağır yaralanan Yaşar Təvəkkül oğlu Ağayev hazırda hospitalın reanimasiya şöbəsində müalicə alır: "Onun başında cərrahi əməliyyatlar aparılıb və müsbət nəticələr əldə olunub. Lakin onun baş nahiyəsinə süni baş qapağı qoyulması zərurəti yarandığından, bu əməliyyatın Türkiyənin Gülhanə hərbi hospitalında həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsi tərəfindən Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edilib. Danışıqlar nəticəsində Yaşar Ağayevin ən gec iyul ayının əvvəlinədək Türkiyəyə aparılacağı barədə razılıq əldə olunub”.
 
Qeyd edək ki, "Facebook” sosial şəbəkəsində Ağayev Yaşar adlı şəxsin fotoşəkili yerləşdirilərək, onun 2016-cı ilin aprel döyüşlərində başından yaralanması, indiyədək 5 dəfə cərrahi əməliyyat keçirməsinə baxmayaraq, daha bir əməliyyatın Türkiyədə keçirilməsinə ehtiyac olması, lakin ölkə rəhbərliyinin yaralı hərbçilərə yüksək diqqət və qayğı göstərilməsi barədə tapşırıqlarının icrasına məmurlar tərəfindən səhlənkar yanaşılması barədə xəbərlər yayılıb.
 
Y.Ağayev və onun qohumları bu məlumatın kim tərəfindən yayılmasından xəbərsiz olduqlarını və hospitalda aparılan tibbi müalicə prosesindən narazı olmadıqlarını bildiriblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol