• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər kəndimizi atəşə tutdu: ölənlər var -YENİLƏNİB

Ermənilər kəndimizi atəşə tutdu: ölənlər var  -YENİLƏNİB
04.07.2017 23:05
 Azərbaycan Müdafiə NazirliyiErmənistanın cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirdiyi barədə bəyanat yayıb.
 
Bəyanatda bildirilir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
 
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
 
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
 
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
 ---------
22.11 
Erməni silahlı bölmələri Füzulirayonunun Alxanlı kəndini atəşə tutub.
 
APA-nın Qarabağ müxbiri xəbər verir ki, kənd axşam saatlarında düşmənin artilleriya qurğularından və digər silahlarından intensiv atəşə məruz qalıb.
 
Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.
 
Müdafiə Nazirliyindən APA-ya Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.
 
Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.   
 
Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol