• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokurorun müavini Moldovaya səfər edib

Baş prokurorun müavini Moldovaya səfər edib
05.07.2017 23:59
Azərbaycan baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moldovaya səfər edib.
 
APA-nın Moldovadakı müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Moldova Milli Anti-Korrupsiya Mərkəzində olub.
 
Nümayəndə heyətini Mərkəzin rəisi Viorel Ketraru qəbul edib. Görüş zamanı ölkələrimiz arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
 
Nümayəndə heyəti həmçinin Moldova baş prokuroru Eduard Xarunjena ilə görüşüb. Görüşdə Moldova və Azərbaycan baş prokurorluqları arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb, prioritet əməkdaşlıq sahələri müəyyən edilib.
 
Azərbaycan nümayəndə heyəti Moldovanın Anti-Korrupsiya Prokurorluğunun inzibati binasını ziyarət edib, Anti-Korrupsiya Prokurorluğunun Baş prokuroru Viorel Morarla görüş keçirilib. Görüş zamanı ölkələrimizdə korrupsiya və sair neqativ hallara qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə müzakirələr aparılıb, eləcə də qarşı tərəfə ASAN Xidmət mərkəzlərinin fəaliyyəti barədə geniş məlumat verilib. 

Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər Moldova rəsmiləri tərəfindən yüksək qiymətləndirilərək bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq ifadə edilib.
 
Keçirilmiş görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol