• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Qarabağda sınaqdan keçirdiyi silahlar

Putinin Qarabağda sınaqdan keçirdiyi silahlar
08.11.2017 21:53
Rusiya Dağlıq Qarabağda fəal şəkildə öz yeni silahlarını sınaqdan keçirir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın populyar analitika portalı "Lragir” məlumat verib. 

Portalın məlumatına görə, Rusiya qaynar nöqtələrdə öz silahlarını sınaqdan keçirir və bunu Rusiya ordusunun Baş Qərargah rəisi  Valeri Gerasimov Müdafiə Nazirliyində keçirilmiş iclasda bildirib.  Rusiyanın Suriyala yeni silah növlərini sınaqdan keçirdiyin vurğulayan Gerasimov deyib:

"Suriyada həyata keçirilmiş əməliyyatların gedişində demək olar ki, bütün çağdaş yerli silah və hərbi texnika nümunələrimiz döyüş şəraitində yoxlamadan keçirilib".

"Lragir” 2016-cı ilin aprel ayında Rusiya prezidenti Vladimir Putinin  çağdaş rus silahı barədə dediklərini də yada salıb. "Çağdaş rus silahı təlim poliqonlarında deyil, real şəraitdə, döyüşlərdə layiqli sınaqdan keçib”,- deyə Vladimir Putin onda vurğulamışdı.

Buna görə, erməni portalı iddia edir ki, Putin məhz aprel döyüşlərinə işarə vuraraq məhz Azərbaycana verilmiş rus silahının sınaqdan keçirilməsindən bəhs edir. Lakin aprel döyüşləri barədə az-çox məlumatı olanlar bilir ki, bu döyüşlərin əsas qəhrəmanı İsrail istehsalı olan tank əleyhinə raket kompleksi "Spayk” olub. Azərbaycan bu raketlərdən istifadə etməklə Ermənistanın onlarla tankını məhv etmişdi. 

Həmin tanklar Mingəçevir istiqamətində hərəkət etməklə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə çıxmaq niyyətində idi. Onda Azərbaycan ordusu əks hücum etməklə iki strateji yüksəkliyi ələ keçirdi, xeyli ərazi düşmən işğalından xilas edildi. Ola bilər ki, erməni tanklarını hücuma Rusiya göndərmişdi və bu, həm də sınaq məqsədi daşıyırmış

İstənilən halda, Rusiya Ermənistana regiondakı son istehkamı kimi baxır və öz silahı ilə erməni silahına fərq qoymur. Bu fikir Rusiya Humanitar Elmlər İnstitutunun professoru, politoloq Sergey Markedonovun Ermənistanın "Tert.am” portalına verdiyi müsahibədə də vurğulanıb.

Markedonov Rusiya-Ermənistan münasibətlərinin alternativsiz olduğunu bildirib: "Rusiyanın strateji tərəfdaşı olan Ermənistan çox şey əldə edir - daxili qiymətlərlə silahlar, Gümridə hərbi baza… Rusiyanın yerinə başqa istiqamət tapmaq barədə bəyanat vermək ağılsızlıq olar. Erməni-rus əməkdaşlığının alternativi yoxdur”.

Yəni burda kimin zavodundan kimin daxili qiymətlərlə (yəni dünya bazarındakı qiymətlərdən 5-10 dəfə ucuz) kreditə, bəzən də pulsuz götürülmüş silahları sınaqdan keçirdiyi göz qabağındadır. Təsadüfi deyil ki, Rusiyanın İranı 2 milyrad dollara satdığı «İsgəndər» raketləri Ermənistana pulsuz aparılıb. Sadəcə, yollayış vərəqəsində «satış üçün» yox, «sınaq üçün» sözləri yazılıb.

Çingiz Rüstəmov 
İstiPress  




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol