• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Əliyevə dedikləri İrəvanı ŞOKA SALDI

Putinin Əliyevə dedikləri İrəvanı ŞOKA SALDI
14.06.2018 16:47
Bu gün Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək. Mərasimə Azərbaycan lideri İlham Əliyev və digər ölkələrin rəhbərləri də qatılır. Ermənistanın baş naziri Nikol Paşinyan da rusların torpağındadır. Məlumdur ki, Moskvada təkcə futbol bayramı keçirilmir, həm də bayram atəşfəşanlığının altında siyasi müzakirələr də gedir. Hər-halda ən mühüm siyasi müzakirələri gizlətmək üçün atəşfəşanlıqdan yaxşı kamuflyaj ola bilməz.

Publika.az xəbər verir ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın görüşü keçirilib.

Ermənistan mediası görüşlə bağlı maraqlı məqamlara toxunub.

Paşinyan baş nazir seçiləndən sonra Putinlə 14 mayda Soçidə ilk dəfə görüşdü. İyunun 13-də keçirilən görüş isə ikinci oldu. Lakin üçüncü görüşün nə vaxt olacağı maraqlıdır. Çünki Putin Paşinyanla görüşdə üçüncü görüş haqqında danışmadı. Hərçənd, Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəndə ikitərəfli məsələləri müzakirə etmək üçün avqustun 30-da nəzərdə tutulan görüşü səbirsizliklə gözlədiyini açıqladı.

Paşinyan Putinlə görüşdə belə görüşlərin sıx keçirilməsini arzuladığını bildirdi. Lakin Putinin cavabı müsbət olmadı və indi əsas sual belədir ki, Putinlə Paşinyan nə vaxt ikitərəfli görüş keçirəcəklər. İlk görüş Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olmuşdu, ikinci görüş futbol çempionatının açılış mərasimində. Yəni hər iki görüş ikitərəfli xarakter daşımır.

Görünür, Putin hələ ki "kəşfiyyatla məşğuldur”. Paşinyanla münasibətlər o həddə deyil ki, rəsmi görüş keçirilsin. Rusiya lideri Ermənistanın yeni baş nazirinə inanmır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol