• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

YAP seçkilərə bu namizədlərlə gedəcək - Açıqlandı

YAP seçkilərə bu namizədlərlə gedəcək - Açıqlandı
05.12.2019 16:02
Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.

"Yeni Sabah" bildirir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavat qəzetinin canlı yayımında deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:
"Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.

S. Novruzov bu təhlillərin nədən ibarət olmasına da aydınlıq gətirib:
"Deputatların seçicilər arasındakı nüfuzu, davranış qaydaları, parlamentdəki çıxışları, dövlətçiliyi müdafiəsindəki mövqeyi, partiyanın qərarlarının yerinə yetirilməsi, mətbuatdakı rolu, sosial şəbəkələrdəki iştirakı, beynəlxalq təşkilatlarda təmsilçiliyi və apardığı işlər təhlil olunur. Yerlərdə də bu təhlil işləri mütəmadi olaraq aparılır. Onsuz da buna qədər də müxtəlif rayonlarda, paytaxt Bakıda bizim 50-yə yaxın müxtəlif görüşlərimiz olmuşdu”.

Millət vəkili qeyd edib ki, təhlillərin nəticələri mütəmadi müzakirə olunur:
"Hazırda bu müzakirələr demək olar ki, başa çatıb. Partiyanın sədrinin yanında da bu müzakirələrə davam ediləcək. Seçkidə iştirak edəcəklər arasında hazırda Milli Məclisin üzvü olan deputatlar da var. Eyni zamanda partiyaya yeni gənclər də gəlib. Onlar arasında xaricdə təhsil alanlar, öz ixtisaslarını güclü bilənlər də var. Bu cür gənclərdən də istifadə edəcəyik.”

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadi Şuranın iclası keçirildi
Siyasət 19:30
İqtisadi Şuranın iclası keçirildi
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Siyasət 13:53
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Siyasət 11:42
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Siyasət 11:38
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:06
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Siyasət 00:05
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
Siyasət 22:51
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Siyasət 21:27
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol