• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Nazir bələdiyyələrlə bağlı qərar imzaladı - Vaxt limiti azaldıldı

Nazir bələdiyyələrlə bağlı qərar imzaladı - Vaxt limiti azaldıldı
19.12.2019 11:47
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişikliklər təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.
Qərarla  sənədin 2.5.1-ci yarımbəndinin birinci cümləsində "zidd olması barədə kifayət qədər əsas olduqda” sözləri "zidd olduqda” sözləri ilə, üçüncü cümləsində "15 gün” sözü "5 iş günü” sözü ilə əvəzlənib.

Həmin yarımbənddə göstərilir ki, bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir. 
Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi və s. məsələlər göstərilməlidir. 

Müraciətdə qeyd olunanların bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş beş iş günü ərzində yerinə yetirilməsi nəzarətdə saxlanılır.
Əvvəlki sənəddə isə bu müddət 15 gün müəyyənləşdirilmişdi.

Qərarla 3.2.8-ci yarımbəndində "15 gün” sözü "5 iş günü” sözü ilə əvəzlənib.
Bu bənd müraciətin araşdırılması zamanı bələdiyyənin fəaliyyətinin və yaxud bələdiyyə aktının bu təlimatın 2.5.1-ci yarımbəndində sadalanmış normativ-hüquqi aktlara zidd olduğu müəyyən edilməsi ilə bağlıdır.

Beş iş günü ərzində müvafiq fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, yaxud müvafiq aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə müraciət olunur.

Nazir Fikrət Məmmədovun qərarı ilə təlimatın 3.2.11-ci yarımbəndində də dəyişiklik edilib.
Əvvəlki qərarda yazılmışdı ki, görə hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi məqsədi ilə müvafiq bələdiyyəyə dərhal təklif göndərilir.

Yeni qərarla müvafiq yarımbənddən "ağır” sözü çıxarılıb və "ləğv edilməsi” sözündən sonra "(dəyişdirilməsi)” sözü əlavə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət 19:54
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR
Siyasət 17:22
Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR
Azərbaycan və İran rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər
Siyasət 16:16
Azərbaycan və İran rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər
Prezident elektroenergetika sahəsində sabit tarif tətbiqini təsdiqləyib
Siyasət 14:30
Prezident elektroenergetika sahəsində sabit tarif tətbiqini təsdiqləyib
Əliyev Peru Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 11:17
Əliyev Peru Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Amur vilayətində baş verən təyyarə qəzasında azərbaycanlılar olmayıb – XİN
Siyasət 10:09
Amur vilayətində baş verən təyyarə qəzasında azərbaycanlılar olmayıb – XİN
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
Siyasət 16:55
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
Azərbaycan Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 15:37
Azərbaycan Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistanın konpensasiya ödəməsi müzakirə mövzusu deyil - Hacıyev
Siyasət 14:09
Ermənistanın konpensasiya ödəməsi müzakirə mövzusu deyil - Hacıyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol