• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin minaladığı Xankəndini Rus ordusu təmizləyir

Ermənilərin minaladığı Xankəndini Rus ordusu təmizləyir
25.12.2020 14:53
Rusiya sülhməramlılarının mühəndis birləşmələri Qarabağın ermənilər yaşayan ərazilərində, xüsusilə Xankəndi ətrafında mina axtarmaq işini davam etdirirlər.  Son məlumata görə, Dağlıq Qarabağda 280 hektardan çox ərazi minalardan təmizlənib və 9 mindən çox partlayıcı qurğu zərərsizləşdirib.
Rusiya Müdafiə Nazirliyinin saytı xəbər verir ki, sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayıb. Əməliyyat zamanı 280 hektardan çox ərazi, 107 kilometrə yaxın yol, 452 yaşayış binası təmizlənib. 9 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib”,-  məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlıları minaların təmizlənməsində müasir robot texnikalarından istifadə edirlər. Ərazilərin minalardan və partlayıcı obyektlərdən təmizlənməsi zamanı müasir çoxfunksiyalı "Uran-6" robot sistemləri işə salınır. 

Ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 175 hektar ərazini, 49 kilometrdən çox yolu, 400-dən çox yaşayış binasını və sosial obyekti təmizləyib və 5000-ə yaxın partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.
Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları, bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.

Xankəndi ətrafının minalardan təmizlənməsi haqda xəbərlər diqqət çəkir. Çünki 29 ilə yaxındır Xankəndi və ətraf rayonlar erməni işğalı altında olub və o zaman şəhər ətrafının niyə minalanması haqlı sual doğurur. Sözügedən əraziləri Azərbaycan tərəfi məntiqlə heç vaxt minalaya bilməzdi. Ermənilər də uzun illər işğal zonasında kefləri istədikləri kimi gəzib-dolaşdıqlarından "öz ayaqlarının altını” minalaması məntiqsiz görünərdi. O halda anlaşılan budur ki, ermənilər müharibə başlayandan, bəlkə də artıq Şuşa işğaldan azad edildikdən sonra Xankəndi ətrafını özləri minalayıblar.   
  
Xankəndində neçə sülhməramlı var?   
Rusiya sülhməramlılarının neçəsinin Xankəndi şəhərində yerləşməsi də maraqlı suallardan biridir. Rusiya rəsmi mənbələri bu rəqəmin 250 nəfərlik heyətdən ibarət olduğunu deyir. Bu yaxınlarda Xankəndində 250 nəfərlik sülhməramlı kontingent üçün blok-modullu  şəhərciyin tikintisi başa çatıb. Şəhərcik  idman zalı, zabit evi, hamam, tibbi yardım məntəqəsi, yeməkxana, mətbəx, silah saxlama otağı və s.ibarətdir. Şəhərcikdən +35 və -45 dərəcə arasın açıq hava temperaturunda istifadə edilməsi mümkündür. 

Xocalıda texniki xidmət qarajı qurulub  
Rusiya sülhməramlı kontingentinin nəqliyyat vasitələri və zirehli texnikaları üçün qaraj Xocalıda işə başlayıb.  Burada nəqliyyat və hərbi texnikanın vəziyyətinin izlənməsi, texniki qulluq və təmir işlər aparılacaq.  
6 min kvadratmetr ərazidə 360-dan çox avadanlıq yerləşdirmək mümkündür. Burada yanacaqdoldurma məntəqəsi və zirehli texnika üçün qaraj da var. Parkın texniki təchizatı gündə 10-dan çox avtomobil və zirehli texnikanın təmirinə imkan verir.

Qarabağ erməniləri hansı xəstəliklərdən əziyyət çəkirlər? 
Rusiya sülhməramlı kontingentinin tibbi bölməsi həm Xankəndidə, həm Qarabağın ermənilər yaşayan digər yaşayış məntəqələrində əhaliyə yardım göstərməyə  davam edir.Rusiya sülhməramlıları hətta ucqar yaşayış məntəqələrində yaşayanlara da kömək üçün çoxfunksiyalı tibb briqadaları yaradıblar. Bəs, Qarabağda qalmış ermənilər hansı xəstəliklərdən əziyyət çəkir? 
Yerli sakinlər ən çox müxtəlif xroniki xəstəliklərdən, həmçinin ürək-damar və endokrin xəstəliklərdən əziyyət çəkirlər. 

Orxan ƏLİYEV, 
Musavat. com  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol