Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər naziri Vilayət Eyvazov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölüyünə yeni komandir təyin edib.
Nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunaraq Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinə komandir təyin olunub.
Bu vəzifəni əvvəl icra edən Vüqar Qasımov isə nazirin əmri ilə sərəncama göndərilib.
www.anews.az
























