• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş jurnalistə YAP-da vəzifə verildi

Keçmiş jurnalistə YAP-da vəzifə verildi
06.03.2021 12:21
Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən VII qurultayında bu təşkilatın yeni İdarə Heyəti formalaşdırılıb, bəzi yaşlı üzvləri gənclər əvəzləyib.


Modern.az-ın məlumatına görə, YAP-ın 40 nəfərlik İdarə Heyətinə seçilənlər arasında bir nəfər keçmiş jurnalist də var – Əfsun Sucayev.


Hazırda kimya sahəsində elmi fəaliyyət göstərən Əfsun Sucayev əvvəllər sıravi jurnalist işləyib. Belə ki, Gəncə Dövlət Universitetinin məzunu olan Ə.Sucayev alim məktəbdən sonra ilk vaxtlarda Gəncədə dərc olunan "Gəncəbasar" qəzetində çalışıb. Sonra Bakıya gəlib və 2005-ci ilə kimi "Üç nöqtə" qəzetində müxbir işləyib. O, bir neçə il "Üç nöqtə"də qtisadiyyat sahəsi üzrə jurnalist fəaliyyəti göstərib.


Sonra mətbuatdan uzaqlaşaraq, elm sahəsinə üz tutub.


Əfsun Rəzzaq oğlu Sucayev 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə alıb. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olunub. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olub.


Aspiranturada oxymaqla yanaşı 2003-2005-ci illərdə "Üç nöqtə” qəzetində müxbir işləyib.


2008-ci ildə "Üzvi kimya” ixtisası üzrə dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülüb.


2012-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunub, 2017-ci ildə təhsilini başa vurub. 2018-ci ildə doktorluq dissertasiya işini müdafiə edib və kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.


Ə.Sucayev 2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun "Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və laboratoriya müdiri vəzifələrində işləyib.


2020-ci ildən isə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Həmçinin, 2013-2020-ci illərdə Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri olub.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol