Bakıdan Füzuliyə uçan ilk Azərbaycan təyyarələri-VİDEO
![Bakıdan Füzuliyə uçan ilk Azərbaycan təyyarələri-VİDEO Bakıdan Füzuliyə uçan ilk Azərbaycan təyyarələri-VİDEO](https://anews.az/photo/850x500/2021-09/1630848094_photo5307873545818322338.jpg)
İşğaldan azad edilmiş Füzulidə yeni tikilən beynəlxalq hava aeroportuna Bakıdan ilk sınaq reysi həyata keçirilib. İki təyyarə uğurla Bakıdan Füzuli aeroportunun uçuş zolağına enib. Onlardan biri Boeing-747 yük təyyarəsi, ikinci isə Airbus-340 sərnişin təyyarəsidir, bu barədə Anews.az-ın Füzuliyə ezamiyyə olunmuş müxbiri məlumat verir.
Yeni aeroport bir saata 250-300 sərnişin qəbul etmək imkanına malik olacaq. Hava limanının eniş zolağının uzunluğu 3 min metr, eni 60 metr olacaq. Hava limanının perronunun sahəsi isə 60 min kvadrat metr təşkil edəcək. Təyyarə dayanacağı 8 hava gəmisi üçün nəzərdə tutulub.
Eniş zolağının tikintisi Azvirt MMC tərəfindən inşa olunub. Hava limanının tikntisində toplam 350 nəfər iştirak edib.
Hava limanı uçuş kütləsi 400 ton olan təyyarələri qəbul edə biləcək. Airbus-380 və Boeing-487 təyyarələdən başqa bütün sərnişin təyyarələrı bu hava limanına enə biləcək. Hava limanı həmçinin müasir və beynəlxalq standartlara cavab verən naviqasiya sistemi ilə təchiz edilib.
Hava limanının tikintisinə 2021-ci ilin fevralında başlanılıb və bu ilin sonuna kimi tam həcmdə işə salınacaq.
Hava limanının tikintisi üçün 250 hektar ərazi minalardan təmizlənib. Onun 140 hektarı aeroportun özü, qalanı isə yardımçı tikililər üçün istifadə edilib.

Ətraflı videoreportajda:
Hazırladı: Samirə Əli
6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış.
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
![](https://anews.az/file/articles/2021-09/1632143411_1632143403_1630570898_mediaia.jpg)
www.anews.az