MN Türkiyədə keçirilən təlimlərlə bağlı VİDEO yaydı
![MN Türkiyədə keçirilən təlimlərlə bağlı VİDEO yaydı MN Türkiyədə keçirilən təlimlərlə bağlı VİDEO yaydı](https://anews.az/photo/850x500/2021-09/1630991842_ae7fe9490b39bb121a60feaaa65622a5.jpg)
Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Bu barədə müdafiə nazirliyindən anews.aza bildirilib/
Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.
Təlimlər sentyabrın 17-dək davam edəcək.
www.anews.az
Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.
Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib:
"Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını icra ediblər".
Təlimlər sentyabrın 17-dək davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər