• $
  • €
  • ₽
  • ₺
  • £

Helikopter qəzasında şəhid olan hərbçilərdən neçəsi müharibə iştirakçısıdır?

Helikopter qəzasında şəhid olan hərbçilərdən neçəsi müharibə iştirakçısıdır?
02.12.2021 12:10
Noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. 

Helikopter qəzasında şəhid olan Azərbaycan hərbçilərindən 7-si İkinci Qarabağ müharibəsində iştirak edib, orden və medallarla təltif olunublar. 

Polkovnik Fizuli Cavadov Vətən müharibəsi ilə bərabər Birinci Qarabağ müharibəsində də döyüşüb. Xidmət etdiyi dövrdə 13 orden və medalla təltif olunub. Müharibədə aktiv döyüş əməliyyatlarında iştirak edən polkovnik şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 

Polkovnik Emil Nəzirov xidmət dövründə 13 medalla təltif olunub. Hər iki Qarabağ müharibəsində iştirak edib və dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Mayor Murad Məmmədov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub. İkinci Qarabağ müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edib. "Hərbi xidmətlərə görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Mayor Emil Mayılov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub. Şəhid mayor "Hərbi xidmətlərə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Mayor Emil Əliyev xidməti dövründə 9 medal alıb. İkinci Qarabağ müharibəsində iştirak edən mayor Əliyev "Hərbi xidmətlərə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Mayor Elmir Həsənov xidmət müddətində 7 orden və medalla təltif olunub. Mayor "Hərbi xidmətlərə görə” və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Mayor Elbrus Əhmədov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən 5 medalla təltif olunub. 
Kapitan Cavid Bayramlı xidməti dövründə 3 medalla təltif olunub. İkinci Qarabağ müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak edib. "Hərbi xidmətlərə görə” və "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Tibb xidməti kapitanı Ceyhun Əhmədxanov xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Kapitan Xəyyam Əliyev xidmət etdiyi dövrdə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”  medalı ilə təltif olunub. 

Kapitan Teymur Qaraisayev hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən 4 medalla təltif olunub. 
Baş leytenant Fərid Nağıyev hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”  medalı ilə təltif edilib.

Leytenant Abdulla Süleymanov hərbi xidmət dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İşçi, ehtiyatda olan polkovnik Elçin Nəbiyev 2014-ci ildən Dövlət Sərhəd Xidmətində işə qəbul edilib. E.Nəbiyev xidməti dövründə əldə etdiyi yüksək nailiyyətlərə görə ümumilikdə 9 medalla təltif olunub.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol