• $
  • £

Pakistan ölkədə Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyub

Pakistan ölkədə Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyub
29.12.2023 15:20
Pakistan dövləti fələstinlilərə dəstək məqsədilə ölkədə yeni il şənliklərinin keçirilməsinə ümumimilli qadağa qoyub. Bu barədə ölkənin müvəqqəti baş naziri Ənvər-ül-Həq Kakar deyib.  

"Fələstindəki son dərəcə narahatedici vəziyyəti nəzərə alaraq və ölkə daxilində fələstinli qardaş və bacılarımızla həmrəylik əlaməti olaraq, Yeni il şənlikləri ilə bağlı hər hansı tədbirin təşkilinə tam qadağa qoyulacaq”, -  baş nazir ölkənin televiziyasıda açıqlamasında bildirib.

Pakistan da daxil olmaqla bir çox müsəlman ölkələri İsrailin hərbi kampaniyasını tənqid edib və sonrakı humanitar böhranla mübarizəyə kömək etmək üçün döyüşlərin dərhal dayandırılması çağırışlarını gücləndiriblər.

Qəzza zolağının bütün 2,3 milyon əhalisi su, ərzaq, yanacaq və dərman çatışmazlığından əziyyət çəkir, əraziyə yalnız məhdud yardım çatır.
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri də Qəzzaya 2 milyon yardım göndərildiyini açıqlayıb. 
 
Cari ilin oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatını başladıb. Qəzzada ölənlərin sayı 21 mini keçib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol