• $ 1.7
  • € 2.0105
  • ₽ 0.022069
  • ₺ 0.039
  • £ 2.3128

Səfir: “İranda Azərbaycan dili tədris olunur”

Səfir: “İranda Azərbaycan dili tədris olunur”
12.02.2014 11:54
“İranda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki ali və orta təhsil müəssisələrində Azərbaycan dili tədris olunur və bu, bizim Konstitusiyamızın müddəasında da əks olunub”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. Onun sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: “Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq”. Qeyd edək ki, bu yaxınlarda İran mətbuatında azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan məktəblərinin açılacağı barədə məlumatlar yayılıb. İSNA-nın yaydığı xəbərə görə, İranın mədəniyyət naziri Əli Cənnəti etnik xalqların öz dillərində təhsil alması təşəbbüsünü dəstəkləyib. O, məsələnin İran Konstitusiyasının 15-ci maddəsinə uyğunlaşdırılmasının vacibliyini bildirib. Həmin maddəsinə əsasən, İranın rəsmi dili fars dilidir və ölkədə yaşayan digər xalqların dilinin fars dili ilə birgə mediada və təhsildə istifadə edilməsinə icazə verilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Siyasət 18:17
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Siyasət 17:50
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Prezident müşavirə keçirib - Yenilənib
Siyasət 17:26
Prezident müşavirə keçirib - Yenilənib
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət 17:15
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Məsud Pezeşkian Azərbaycana təşəkkür edib
Siyasət 13:11
Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Siyasət 12:49
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Siyasət 09:53
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
İlham Əliyev və Cey Di Vens mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 21:44
İlham Əliyev və Cey Di Vens mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol