• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər

Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
17.09.2024 13:19
Azərbaycanın İrandakı  səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan edam qərarı tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər. Bu barədə Report-a diplomatik mənbələrdən məlumat daxil olub. 
 
2023-cü il yanvarın 27-də "Kalaşnikov” silahı ilə silahlanan 55 yaşlı Yasin Hüseynzadə adlı şəxs Azərbaycan səfirliyinə hücum edib, mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Onun barəsində 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarılsa da üstündən bir il keçməsinə baxmayaraq hökm hələ də icra olunmayıb.
 
Aparılan araşdırmaların nəticələrinə görə, Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına üzv olub və  31-ci Aşura diviziyasında da iştirak edib.
 
1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. O,  1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidi ilə bağlı  "Bəsic” qüvvələrinin komandanı olub və  "Bəsic” bazası ilə əlaqəsini davam etdirir.
 
Hətta onun Təbrizdə "Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edamının gecikməsini  onun SEPAH üzvü olması ilə əlaqələndirənlər də var.
 
Rəsmi Bakı bu ilin yanvarında  səfirliyin öz fəaliyyətini  iki şərt daxilində bərpa edəcəyini bildirib. Bura cinayətkarın layiqli cəzasını alması və İranın səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət verməsi olub. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
İsveç səfiri Famil Xəlilovun ailə üzvləri ilə görüşüb
Siyasət 12:44
İsveç səfiri Famil Xəlilovun ailə üzvləri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol