• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Laçın Hava Limanı bu il istifadəyə veriləcək

Laçın Hava Limanı bu il istifadəyə veriləcək
28.01.2025 16:09
Bu il Laçın Hava Limanı istifadəyə veriləcək. Bunu  Azərbaycan Prezidenti İlham Əliyev Bunu Azərbaycan Prezidenti İlham Əliyev  yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
 
Bununla da Azərbaycanda fəaliyyət göstərən hava limanların sayı 9-a çatacaq. 
 
Son 20 ildə Azərbaycanda dörd hava limanı bərpa edilib,  dördü isə yenidən tikilib.
 
"Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan", - Prezident deyib. 

Prezident vurğulayıb ki, ölkədə fəaliyyət göstərən bütün hava limanları elə də Laçın hava limanı istənilən ağırlıqda yük və sərnişin daşıma xidmətlərini həyata keçirtməyə qadirdir. 
 
Əliyev əlavə edib ki, 2024-cü il ərzində ölkə ərazisində yeddi milyondan çox sərnişin daşınıb və bu rekord göstəricidir. 
 
"Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilib və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik", - Prezident bildirib. 
 
İlham Əliyev Ələtdə Azad İqtisadi Zonanın fəaliyyətini xatırladaraq vurğulayıb ki, orada yükqəbul etmə imkanları 1 milyon tona bərabər olacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Rus Evi”nin rəhbəri danışdı
Siyasət 17:29
“Rus Evi”nin rəhbəri danışdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Siyasət 14:13
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Siyasət 10:05
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Siyasət 20:00
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Somali Prezidenti Azərbaycana gəlib
Siyasət 18:48
Somali Prezidenti Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol