Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib.
“Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin yaxın gələcəkdə üçtərəfli formatda görüşün keçirilməsinə razılaşdıq. Regional əməkdaşlıqda maraqlı olmağımıza əsaslanaraq bu görüşə Türkiyə ev sahibliyi edəcək. Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”, - Boçorişvili qeyd edib.