XİN beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.Bu barədə XİN-nin sosial şəbəkə hesablarında paylaşım edilib.
“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb.
Biz beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin aktuallığını tanımağa, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, o cümlədən günahsız insanların həyatını təhlükə altına almaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan qəsdən və genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq”,- paylaşımda qeyd olunub.