Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff

Ermənistan və Azərbaycan İbrahim sülh sazişinə qoşula bilər. Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Breitbart News-a müsahibəsində deyib.
Vitkoffun sözlərinə görə, ölkələr münaqişələrin həllinə çox yaxındırlar.
“Mən təxmin edirəm ki, biz tezliklə Livanda və hətta Suriyada nizamlanma görəcəyik. Onlardan müsbət cavab gəldi. Bu, Liviya ilə də baş verə bilər. Söhbət İbrahim sülh sazişinə qoşulan ölkələrdən gedir. Bu, Azərbaycan və Ermənistanla baş verə bilər, biz hesab edirik ki, biz həmin ölkələrdəki münaqişələrin yekun həllinə çox yaxınıq. Düşünürəm ki, onların hər ikisi İbrahim Sazişlərinə qoşula bilər. Yəni bu, prezidentin böyük təşəbbüsüdür. O, buna inanır. Bu, regionda sülh və sabitliyə töhfə verir", - o bildirib.
“İbrahim razılaşmaları” İsrailin 2020-ci ildə bir sıra ərəb ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, daha sonra Sudan və Mərakeş ilə diplomatik əlaqələr qurduğu diplomatik sənədlərin adıdır. O, Donald Trampın prezidentliyinin birinci dövründə imzalanıb. Bununla da tərəflər diplomatik əlaqələr qurur, bir-birinin suverenliyini tanıyır, iqtisadi, texnoloji, elmi və mədəni əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlirlər. “İbrahim” adı üçtərəfli müqavilənin İbrahim dinlərinin: Yəhudilik, Xristianlıq və İslamın ardıcıllarını birləşdirdiyini ifadə etmək üçün seçilib.
Gülnar