• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb

Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
17.06.2025 20:30

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.

Görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin ölkələr və parlamentlər arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasi əlaqələr, Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır. Qeyd edilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə intensiv və məhsuldar əməkdaşlıq mövcuddur və enerji sahəsində əməkdaşlıq əsas sahədir.

Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub, humanitar, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın, qarşılıqlı dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub.

Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova Bolqarıstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Siyasət 18:19
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
Siyasət 14:19
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
PrezidentAfrim Qaşinini qəbul edib
Siyasət 11:35
PrezidentAfrim Qaşinini qəbul edib
Nazir Belarusa rəsmi səfərə gedib
Siyasət 22:02
Nazir Belarusa rəsmi səfərə gedib
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Siyasət 20:19
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Pənah Hüseyn istefa verib
Siyasət 17:47
Pənah Hüseyn istefa verib
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Siyasət 12:48
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol